
İranın nüfuzlu din xadimi, "Əl Mustafa" Universitetinin direktoru Ayətullah Əlirza Ərafi yeni vəzifəyə təyin olunub
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, "Əl Mustafa" Universitetinin direktoru , eyni zamanda Qum şəhərinin cümə xətiblərindən olan Ayətullah Ərafi, Qum elmi hövzəsinin Ali Şurasının sədri olaraq təyin olunub. O, Qum digər cümə xətiblərindən olan Ayətullah Buşehrini əvəzləyəcək. Ayətullah Ərafinin “Əl Mustafa” universitetinin rəhbərliyindən ayrılıb-ayrılmayacağı barədə hələ ki, məlumat verilməyib.