1 İyul, 2016
Həccə gedənlərə elektron qolbaq veriiləcək

Səudiyyə Ərəbistanı hökuməti Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək - Qolbaqda sahibinin şəxsi və tibbi informasiyası yerləşdiriləcək.

Ahlibeyt.az-ın  AnsPress-ə istinadən verdiyi xəbərə görə, bu barədə BBC radiosu məlumat yayıb.

Elektron qolbaqda sahibinin şəxsi və tibbi informasiyası olacaq. Bu, ehtiyac yaranacağı təqdirdə zəvvarlara təcili köməyin göstərilməsi üçündür. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara yerlərini müəyyən etməyə kömək edəcək.

Bununla yanaşı, zəvvarların toplandığı yerlərdə 1000-dən çox kamera quraşdırılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5427.html