
Amerika Birləşmiş Ştatlarının Hərbi Hava İŞİD terrorçu qruplaşmasının İraq ərazisindəki mövqelərinə hava zərbələri endirib.
Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bu barədə Reuters agentliyiməlumat yayıb.
ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığının yaydığı məlumata əsasən, hərbi təyyarələr ötən gün İraqın əl-Faluca şəhəri yaxınlığında İŞİD terror qruplaşmasının avtomobil karvanını məhv edib. Nəticədə azı 250 terrorçu məhv edilib, 40 ədəd hərbi texnika sıradan çıxarılıb.
Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD-in mövqelərinə hava zərbələr endirir.