
Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq: “Biz cinayət işinin materialları ilə tanış olmuşuq. Cinayət işində heç bir şahid, sübut yoxdur. Hesab edirik ki, bu iş xitam olunmalı idi”.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.