7 Dekabr, 2011
Bəhreyn inqilabçıları daha bir şəhid verdi

Bəhreyndən verilən son məlumatlarda deyilir ki, noyabr ayının 18-də polisin əd-Diyə şəhərində etiraz aksiyasını dağıtdığı zaman xəsarət almış 27 yaşlı Zəhra Saleh Məhəmməd dünyasını dəyişib.

Noyabr ayının 18-i, Cümə namazından sonra keçirilən oturaq etiraz aksiyasında polisin dəyənəklə döydüyü və huşunu itirərək bir neçə müddət huşsuz halda yerdə qaldıqdan sonra xəstəxanaya çatdırılmış Zəhra Saleh Məhəmmədin atası bildirib ki, fəxr edir ki, Xanım Zeynəbi(a.s) özünə nümunə bilən qız böyütmüş və Allahın inayətilə qızı məhz Aşura günü şəhadətə çatmışdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-541.html