28 İyun, 2016
Ayətullah Şeyx İsa Qasim vətəndaşlıqdan çıxarılmasına münasibət bildirdi

Bəhreynin nüfuzlu ruhanisi, vətəndaşlığının əlindən alınmasına münasibət bildirib

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah Şeyx İsa Qasim, Ali-Xəlifə rejiminin bu qərarına baxmayaraq ölkədən çıxmayacağını bildirib.

Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı, İsa Qasimin evi önündə toplaşaraq, ruhanilərini müdafiə etməyə davam edirlər. Bu haqda "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, xalq, ruhaniyə qarşı atılan son addımı səhv adlandıraraq qərarın dəyişilməsini tələb edirlər. Bu arada Bəhreyn rejimi daha 5 fəal şiənin vətəndaşlığını ləğv edib - PressTV bildirir.

Məlumata görə, Onlardan ikisi rejimə qarşı olan “Əl Vəfa” İslami partiyasının üzvü olmaqda ittiham olunaraq, 3 və 10 il həbs cəzasına məhkum ediliblər. Digər 3 nəfər isə, “Muxtar” batalyonuna üzv olmaqda ittiham olunaraq, 15 il həbsə məhkum ediliblər

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5409.html