
Ramazan ayının ehtimal olunan ikinci və üçüncü "Qədr gecələri" əməllərində Quranın bəzi surələrinin oxunmasının xüsusi fəzilətlərinin olduğu bildirilir.
Bu mübarək gecələrin müştərək əməllərində Rum,Ənkəbut və Duxan surələrinin oxunması xüsusi qeyd olunur.
Əbu Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurur:
"Hər kəs mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum surəsini oxusa, Allaha and olsun Beheşt əhlindən olacaqdır.
Heç vaxt heç bir kəsi bu hökmdən istisna etmərik. Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram. Həqiqətən Allah yanında bu iki surə uca məqama malikdir."