25 İyun, 2016
Tehranda beynəlxalq Quran sərgisi açılıb - Foto

Tehranda beynəlxalq Quran sərgisi keçirilir. Bu, İran paytaxtında say etibarı ilə keçirilən artıq 24-cü sərgidir.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,sərgidə xəttatların Quran və hədis motivləri üzrə yaradılan işləri təqdim edilib.

Tədbirdə müqəddəs müsəlman yazılarının məşhur tərcüməçiləri, İtaliya, Tunis və Rusiyadan olan ekspertlər də iştirak edirlər.

Bundan başqa İndoneziya, Suriya və Livan kimi ölkələrdən olan Quran nəşriyyat evləri məhsullarını təqdim edir. Azərbaycan, Almaniya, Pakistan, Tacikistandan olan rəssamlar sərgiyə öz rəsmlərini gətiriblər.

Sərginin əsas eksponatlarından biri Çin dilinə tərcümə edilmiş müqəddəs Quran nüsxəsidir. Tərcümə keçən əsrin birinci yarısında həyata keçirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5389.html