
İraqın baş hərbi komandiri əl-Fəlluca şəhərində bir ay davam edən əməliyyat zamanı təxminən 2,5 min İŞİD terrorçusunun məhv edildiyini bildirib.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Associated Presse” agentliyi məlumat yayıb.
Antiterror qüvvələrinin rəhbəri general-leytenant Əbdül-Vahab əl-Saadi dünən axşama əməliyyatın başlanğıcından bəri öldürülən terrorçuların sayının 3,4-4 min olduğunu söyləyib.
Əl-Saadi ölənlərin təxminən 15%-nin əcnəbi terrorçular olduğunu əlavə edib.
Qeyd edək ki, İraq hökuməti sözügedən əməliyyat çərçivəsində verdiyi mümkün itkiləri açıqlamayıb.