5 Dekabr, 2011
İraqda onlarla İmam Hüseyn(ə) əzadarı şəhid edildi

İraqda qanlı Tasua günü.

Bu gün Bağdadın cənubundakı Hillə şəhərinin əl-Nil məntəqəsində Tasua əzadarlığı keçirən İmam Hüseyn(ə) aşiqləri avtomobilə yerləşdirilmiş bombanın partlaması ilə şəhid olublar. Bildirilir ki, partlayış nəticəsində 16 nəfər şəhid olmuş, 45 nəfər isə yaralanmışdır.

İmam Hüseyn(ə) əzadarlarına ikinci hücum barədə isə İraq polisi xəbər verərək bildirir ki, bu hücum zamanı isə 5 nəfər şəhid olmuş, 15 nəfər yaralanmışdır.

İraqın Babil əyalətindən verilən xəbərlərdə isə bildirilir ki, Babilin müxtəlif məntəqələrində 3 avtomobilin partlaması nəticəsində onlarla əzadar şəhid olmuş və yaralanmışdır.

alalam.ir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-535.html