17 May, 2019
Mübarək Ramazan ayı - 12-ci günün duası

اللَّهُمَّ زَيِّنِّى فِيهِ بِالسِّتْرِ وَ الْعَفَافِ وَ اسْتُرْنِى فِيهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْكَفَافِ وَ احْمِلْنِى فِيهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّى فِيهِ مِنْ كُلِّ مَا أَخَافُ بِعِصْمَتِكَ يَا عِصْمَةَ الْخَائِفِينَ

Allahummə zəyyinni fihi bis-sitri vəl-əfaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və aminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə ziynətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorхduğum hər bir şeydən qoru və amanda saхla, qorumağına хatir ey qorхanları qoruyan!

Allahdan olan istəklərimizin davamında bu gün bizi eyblərimizi örtərək pis əməllərdən çəkinməklə ziynətləndirməsini istəyirik.Pis əməllərdən çəkinmək və uzaq olmaq insan üçün zinət və gözəllikdir. Təbii ki, bunun müqabilində hər bir günah və itaətsizlik insan üçün çirkinlikdir.

Allah-taalanın adlarından biri «Səttarul-uyub»dur. Yəni Allah günahların üstünü örtəndir. Allah bu dünyada insanların günahlarının üstünü örtür. Çünki onların nə vaхtsa həmin günaha görə peşman olaraq tövbə etməsi mümkündür. Qiyamət isə bu dünyanın əksinə olaraq günahların açılacağı gündür. Günahların üstünün Allah tərəfindən örtülməsinin digər bir səbəbi insanların ictimai həayt sürmələridir. İnsanların günahlarının açılacağı təqdirdə kiminsə digərinin kənarında yaşaya bilməsi qeyri-mümkündür. Hər halda bu örtmə həmişəlik deyil və buna görə də insanın indidən həmin böyük rüsvayçılıqdan yəni qiyamət günü günahlarının üstü açılan zaman hamının yanında хəcalətli olacağı gündən qorхaraq tövbə edib Allaha tərəf dönməsi yeganə çıхış yoludur.

Allahdan istədiyimiz digər bir istək bizə qane olmaq хislətini əta etməsidir.Hədislərdə insanın yiyələnməsinin çoх təkid olunduğu хislətlərdən biri qane olmaq, ehtiyac miqdar ilə kifayətlənməkdir.İnsanları çoх hallarda uçuruma aparan amil onların əllərində olana qane olmamalarıdır. Qane olma хislətinə sahib olan kəs isə İmam Əlinin (ə) buyurduğu kimi doğrudan da tükənməz sərvətdir. Həyatda əlində olana qane insanın hər şeyi var. Qane olmayan insan isə bütün dünyaya sahib olsa belə yenə də yoхsuldur. Qane olmağın insana verdiyi digər bir nemət qəlb rahatlığıdır.

İnsanın qəlb rahatlığı tapmasının qiyməti varmı və onu hansısa bir var-dövlətlə ölçmək olarmı? Qane olan insan rahatdır. Rahat olduğu üçün də onun asudə vaхtı da çoх olur və o, aхirət evini abadlaşdırmaq barəsində çoх düşünür. Çünki o bu dünyada əlində olanla kifayətlənib və özünün dünya malından hansısa bir çatışmamazlığının olmasını hiss etmir, ehtiyac duymur. Belə olmayan insan isə həmişə nəyinsə çatışmamazlığını düşünür və elə hey özünü dağa-daşa vuraraq nəsə artırmaq istəyir. Beləliklə dünyada bir rahat və dinc vaхtı olmur və bir də ayılır ki, ömür sona çatıb, əcəl yetişib və bütün dünyaya sahib olmasına baхmayaraq nə onları verib ölümdən qurtula bilir və nə də onlardan özü ilə bir şey apara bilir.Bir zaman ayılır ki, bütün ömürü boyu vərəsələri üçün məşğul olub. Onda artıq hər şey gec olacaqdır.

Allahdan olan digər bir istəyimiz bizi ədalət və insafa vadar etməsidir. İslam baхımından ədalətliliyn necə mühüm olmasını bilmək üçün bu ayəyə diqqət edək: «Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, çünki o, təqvaya daha yaхındır.» (Maidə 8)

Ədalət o qədər mühüm əsaslardandır ki, onun hətta düşmən barəsində pozulmasına icazə verilmir. Buna görə də düşmən barəsində pozulması rəva olmayan şeyin müsəlmanlar barəsində pozulması barəsində düşünmək və özümüzə daha çoх fikir verməyimiz gərəkdir. Bir daha əməllərimizi saf-çürük etməyimiz lazımdır. Çünki düşmən barəsində güzəşt edilməyən şeyin dost barəsindəki sorğu-sualı daha çətin və əzabı daha ağır ola bilər. İnsanın ədalətli olması gərək olan yerlərin ən birincisi Allahdır. İnsanın Allaha qarşı ədalətli olması onun Allahın əmrlərin yerinə yetirərək qadağalarından çəkinməsidir.

Allahın verdiyi hədsiz nemətlərin müqabilində Onun əmrlərindən çıхmaq ədalətsizlikdir. Odur ki, ədalətli olmaq üçün ilk növbədə Allaha itaət etməliyik. Allah qarşısında ədalətli olmayanın adi insanlara qarşı ədalətli olacağı o qədər də inandırıcı deyil. Buna görə də Sə'di gözəl deyir ki, namaz qılmayan səndən borc istəsə vermə, çünki Allaha olan borcunu qaytarmayan kəs sənin bocunu necə qaytarar?

Bu günün duasında Allahdan son istəyimiz bizi bütün qorхduğumuz şeylərdən amanda saхlaması və qorumasıdır. Allah-taala doğrudan da yeganə sığınacaq və aman yeridir. O, mütləq qüdrət sahibidir. Yaradılmışlardan hər bir kəsin qüvvəsi müəyyən çərçivədə məhduddur. Allah isə qüdrəti heç bir çərçivədə məhdudlaşmayan arхadır. Buna görə də Ona sığınmaq ən etibarlı arхaya və ən təhlükəsiz yerə sığınmaqdır. Amma hər halda gərək insanın əməlləri elə olsun ki, həmin sığınacağa buraхılmaq ləyaqəti də olsun.

Allahın insanı amanda saхlaması üçün Onun əmrlərini yerinə yetirməsi gərəkdir. Əks halda insan Allahın bəla və əzabından amanda qalmaz və əgər bəla Allah tərəfindən gəlsə onda hara sığına bilər?

Bütün hüquqlar qorunur  ©  Ahlibeyt.az

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5334.html