
İraq hərbi birləşmələri Əl-Fəlluca şəhərinin mərkəzini ələ keçirib - Şəhərin digər rayonlarının azad edilməsi uğrunda döyüşlər davam edir
Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, artıq şəhərin meriya binası İraq hərbçilərinin nəzarəti altındadır.
Bu barədə şəhərin terrorçulardan azad edilməsi istiqamətində hərbi əməliyyatları həyata keçirən qoşunların komandanı bildirib.
Onun sözlərinə görə, Əl-Fəlluca şəhərinin hökumət məhəllələri, artıq cihadçılardan azad edilib. İraq bayrağı şəhər meriyasının binasına sancılıb.
Şəhərin digər rayonlarının azad edilməsi uğrunda döyüşlər davam edir.
Əl-Fəlluca şəhəri paytaxt Bağdaddan qərbdə yerləşir. İŞİD döyüşçüləri 2014-cü ildən şəhəri nəzarətdə saxlayırlar. Əl-Fəlluca müharibəyə qədər İraqın ən böyük şəhərlərindən biri idi. Şəhərdə təxminən 350 min insan yaşayırdı.
Qeyd edək ki,ötən ayın 23-də İraq hərbi qüvvələri şəhərə iri miqyaslı hücumlara başlayıb. İraq hakimiyyəti yerli sakinlərə şəhəri tərk etməyi, yaxud da atəşə məruz qalmamaq üçün evlərin üzərindən ağ bayraq asmağı tövsiyyə edib.