
Kəşmirdə Hindistan polisi İmam Hüseyn(ə) əzadarlarına hücum edib.
Məlumata görə, əzadarlıq yürüşü keçirənlərə dəyənəklərlə və göz yaşardıcı qazlarla hücum zamanı onlarla Əhli-Beyt(ə) aşiqi yaralanıb. Su şırnaqlarından da istifadə edən polis 30 nəfərdən artıq şəxsi həbs edib.
Xatırladaq ki, Kəşmirdə İmam Hüseyn(ə) əzadarlığı səbəbilə küçədə yürüş keçirmək rəsmən qadağandır.