
İmam Sadiq (ə) buyurur:
"Həqiqətən Ramazan ayında səmanın qapıları açılır və Şeytan zəncirlənir. Bu ayda möminlərin əməlləri qəbul olunar. Ramazan ayı necədə gözəl aydır. Bu ay Allah-Rəsulunun dövründə " əl-mərzuq” (ruzilənmiş ay) adlanırdı"
Səid ibn Cubeyr deyir:İbn Abbasdan soruşdum - Bir kəs ki, Ramazan ayının haqqını tanıyıb oruc tutsa, onun savabı nədir? ...
İbn Abbas cavab verdi:
Allah Rəsulundan eşitmişəm ki, buyurub:
Əgər ramazan ayında sizə verilən savabı bilsəydiniz bu zaman Allaha çoxlu şükür edərdiniz:
"Ramazan ayının on birinci günü Allah-təala sizə Peyğəmbərlə birlikdə yerinə yetirilən qırx həccin savabını və siddiqlərlə və şəhidlərlə birlikdə yerinə yetirilən qırx ümrənin savabını yazar".