17 İyun, 2016
Yaxın zaman ərzində Bakı-Məşhəd aviareysi açılacaq

Yaxın vaxtlarda Bakıdan İranın Məşhəd şəhərinə aviareysin açılması planlaşdırılır.

Ahlibeyt.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib.

Onun sözlərinə görə, bu marşrutla uçuşların təşkili məqsədi ilə zəruri lisenziya alınıb.

"Hazırda uçuşların həyata keçirilməsi üçün hazırlıq işləri aparılır. Bu ilin sonuna kimi aviareysin yerinə yetirilməsinə başlanılması nəzərdə tutulub", - deyə şirkət rəsmisi vurğulayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5328.html