
Liven Katolik Universitetinin keçirdiyi son tədqiqatlarının nəticələrinə görə, Belçikanın paytaxtı Brüsseldə hal-hazırda 300.000 müsəlman yaşayır ki, bu da Brüssel əhalisinin 25%-i deməkdir.
Tədqiqatın müəllifi sosioloq Feliçe Dasetto bildirib ki, müsəlmanların Belçika cəmiyyətində çoxalması göz qabağındadır. Gündən-günə hicablı qadınlar, məscidlər artmaqdadır. Müsəlmanların sayının artmasının əsasını yüksək doğum təşkil etdiyini qeyd edən Dasetto deyib ki, belə davam edərsə, 2030-cu ildə Brüsseldə müsəlmanlar çoxluq təşkil edəcəklər.