13 İyun, 2016
İraq müdafiə naziri Fəllucənin azad olunmasının yekun mərhələyə çatdığını bildirib

İraqın müdafiə naziri Fəllucədə dinc sakinlərin olmasını  bu şəhərin azad olunması üçün ən böyük maneə adlandırıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Əl-Minar telekanalı məlumat verib.

İraq müdafiə naziri Xalid əl-Übeydi Fəllucənin azad olunmasının yekun mərhələyə çatdığını bildirərək deyib: Hərbi qüvvələr bir neçə gün ərzində bu şəhəri azad etmək iqtidarındadır. Lakin İŞİD-in bu şəhərdə yerli sakinləri mühasirəyə alması bu məsələyə mane olur.

Əl-Übeydi əlavə edib: Yerli əhalinin həyatını qorumaq bir çox hallarda silahlı qüvvələrimiz üçün işi çətinləşdirib.

İraq müdafiə naziri əlavə edib: Ümidvarıq sakinlər bu şəhərdən çıxacaqlar. Lakin şəhərdən qaça bilmirlərsə, öz mənzillərində qalsınlar. Onları seçimləri bunlardır. çünki Fəllucə müharibəsinin taleyi aydınlaşmalıdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5296.html