
Tunisdə parlament seçkilərində qalib gəlmiş İslami partiya ən-Nəhzət partiyasının lideri Raşid əl-Qanuşi Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda etdiyi çıxış zamanı Həmasın İsraillə mübarizəsini qanuni adlandırıb. O həmçinin lideri olduğu partiyanın və Tunisin İsraillə dostluq münasibətləri qurmayacağını diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanındakı vəziyyətə münasibət bildirən əl_qanuşi deyib ki, əgər rəsmi ər-Riyad xalqın istəklərini yerinə yetirməsə tezliklə Səudiyyədə də xalq inqilabının şahidi olacağıq və Səudiyyə cavanlarının bunu etməyə tam haqqları çatır.