3 Dekabr, 2011
Göygöl, Samux və Salyanda Aşura qadağaları

Gəncəli dindarların verdiyi xəbərə görə, təxminən 1 aydan artıqdır ki, hər gün Gəncə şəhərində Məhərrəmlik əzadarlığının qarşısının alınması üçün dindarlar polis bölməsinə çağrılır və inanclıların valideynlərinə təzyiq göstərilir. Məscidlər nəzarətdə saxlanılır. 

Dekabr ayının 1-ində Göygöl rayon polis idarəsinin əməkdaşları, rayon məscidinə gələrək Məhərrəmliklə bağlı məsciddə asılmış qara bayraqları və ələmləri söküblər. Daha sonra bir neçə dindarı polis bölməsinə apararaq onlara Gəncədəki yürüşə qatılmamağları barədə hədələyiblər.

Eyni gün Samux rayonunun polis idarəsinin əməkdaşları, dindarları polisə çağıraraq bildirmişlər ki, Samux rayonunda Aşura məclisi olmayacaq. Sizi Gəncədəki yürüşlərdə də görməyək.

Salyanda da müəllimlərə və səhiyyə işçilərinə uşaqlarını məscidə buraxmamalarını və özlərinində məscidə getməmələrini tapşırılıb. Bu barədə Salyan sakini İslamazeriyə bildirib. Rayonda şayə yayıblar ki, İran məscidlərə partlayıcı qurğu yerləşdirib. Dini dükanlara da tapşırılıb ki, mərsiyyə qoymasınlar.

islam-azeri.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-526.html