
Ali Xəlifə rejimi Bəhreynin ikinci ən böyük şəhəri olan əl-Mühərrəq şəhərində əzadarlıq edən heyətə hücum edib. Əzadarlara gözyaşardıcı qazlar və rezin güllələrlə hücum nəticəsində bir neçə nəfər Əhli-Beyt(ə) aşiqinin zəhərləndiyi və yaralandığı bildirilir.
Bu hadisədən sonra əl-Vəfaq partiyası rejimin bu qəddar və dinə qarşı olan addımını pisləyən bəyanatla çıxış edib.