
"Əl-Fəlluca şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyat tezliklə başa çatacaq.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.
İraq xalqını Ramazan ayının başlaması münasibəti ilə təbrik edən baş nazir qələbənin yaxın olduğunu bildirib: “Bu il İraq ərazisi bütün terrorçu qruplaşmalardan təmizlənəcək. əl-Falucanın İŞİD silahlılarından azad edilməsi üzrə əməliyyat isə başa çatmaq üzrədir”.
Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.