6 İyun, 2016
Fəllucada İraq hərbçilərinin kütləvi məzarlığı aşkar olunub

Məzarlıqda 400 hərbçi qalığının olduğu bildirilir

İraqın "Xalq könüllüləri qüvvələri" İŞİD terror qruplaşmasının nəzarəti altında olan Əl-Fəlluca şəhərinin şimalında 400 hərbçi qalığının olduğu kütləvi məzarlıq aşkar olunub.

Ahlibeyt.az "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü "Əs-Sumariyə" telekanalı məlumat yayıb.

Məzarlıq Əl-Fəlluca şəhərindən bir neçə km şimalda yerləşən Əs-Saklaviyə yaşayış məntəqəsi ətrafındadır və yalnız ötən gün terrorçulardan azad edilib.

Telekanalın məlumatına görə, cəsədlər İraq ordusunun 53-cü briqadasının 10-cu batalyonunun döyüşçülərinə məxsusdur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5230.html