
Fransanın Bağdad üzrə səfiri ötən gün, Nəcəfi Əşrəf şəhərinə səfər edərək, Əmirəl Mömünün Əli ibn Əbu Talibin (əleyhi səlam) hərəmini ziyarət edib.
Səfir ziyarəti zamanı hərəmin rəsmi işçiləri ilə görüşərək bu İlahi məkana ikinci dəfə olduğunu və bundan məmnunluğunu bildirib.
Mark Bariti İmam Əlinin(ə) hərəmi haqda danışaraq qeyd edib ki;“İmam Əlinin hərəmi İraqın tarix və mədəniyyət sivlizasiyasının qayıdış nöqtəsidir. Bu şərafətli hərəm İraqın beynəlxalq səviyyəli əxalqi, dini mirası sayılır.”