1 İyun, 2016
Rusiyanın “SU-34” təyyarələri İŞİD-in Rakka yaxınlığındakı neft obyektlərini bombalayıb

Rusiyanın “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Suriyanın Rakka şəhəri yaxınlığındakı neft obyektlərini bombalayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Rusiya aviasiyası İŞİD terrorçularının iqtisadi bazasının sıradan çıxarılmasına dair tapşırıqları yerinə yetirməkdə davam edir. “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Rakka şəhərindən 42 km cənub-qərbdə yerləşən Ət-Taura yaşayış məntəqəsi yaxınlığındakı qeyri-qanuni neft obyektlərini məhv edib”, - deyə məlumatda qeyd olunur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5201.html