30 May, 2016
Qazaxıstan Ramaza ayını geniş bayram tədbiri ilə qarşılayacaq

İyunun 4-də Qazaxıstanın paytaxtı Astanada müqəddəs Ramazan ayının gəlişi ilə geniş bayram tədbiri keçiriləcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, tədbir  Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə "Berekelі Ramazan" (Lütf dolu Ramazan) adı altında baş tutacaq.

Astana sakinlərini mübarək Ramazan ayının gəlişi münasibətilə tanınmış şairlər və aktyorlar təbrik edəcəklər.

Həmçinin bayram gecəsində "Beş sütun və Yetişdirmə hekayələri" adı altında təşkil olunmuş müsabiqənin qalibləridə müəyyən olacaqlar.

Qeyd edək ki, müsabiqəyə Qazaxıstanın bütün regionlarından 434 şair qoşulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5192.html