2 Dekabr, 2011
Keçən ay İraqda 187 nəfər terrorun qurbanı olub

İraq DİN-nin məlumatına görə, noyabr ayında İraqda 187 nəfər terrorun qurbanı olaraq dünyasını dəyişib, 325 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qətlə yetirilənlərin 187 nəfərin 122 nəfəri mülki vətəndaş, 33 nəfəri hərbçi, 42 nəfəri isə polis əməkdaşı olduqları bildirilir.

Həmçinin yaralanan 325 nəfərin də 120 nəfəri mülki vətəndaş, 95 nəfəri hərbçi və 110 nəfəri polis əməkdaşıdırlar.

Xatırladaq ki, oktyabr ayında 258 nəfər, o cümlədən, 161 nəfər mülki vətəndaş, 42 nəfər hərbçi və 55 nəfəri polis əməkdaşı terrorun qurbanı olmuşdu.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-519.html