30 May, 2016
İran bu il həcc ziyarətinə zəvvarlar göndərməyəcək

İran hakimiyyəti Səudiyyə Ərəbistanını həcc ziyarətinə mane olmaqda günahlandırır.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə,İranın mədəniyyət naziri Əli Cənnəti bildirib ki, Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən danışıqların iki raundu uğurla nəticələnməyib: “Təəssüf ki, iranlı zəvvarlar həcc ziyarətinə gedə bilməyəcəklər”.

Bundan əvvəl rəsmi Ər-Riyadın iranlı zəvvarlarla bağlı xüsusi olaraq təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar rəsmi Tehranın təklifini qəbul etmədiyi açıqlanıb.

Rəsmi Tehran ötən həcc ziyarəti zamanı Mina vadisində izdiham zamanı yüzlərlə iranlı zəvvarın həyatını itirdiyini əsas gətirərək belə bir tələblə çıxış edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5188.html