28 May, 2016
Səudiyyə 40 yaşından aşağı olan əfqanlara Həcci qadağan etdi
Rəsmi Riyad 40 yaşından aşağı olan əfqanlılara ümrə Həcc vizası verməyəcəyini açıqlayıb
Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan XİN bu qərardan sonra ölkədə olan Səud səfirini tələb edərək bu barədə izahat tələb edib. Səfir bununla bağlı tutarlı heç bir səbəb gətirə bilməyib.
XİN sözçüsü Şəkib Müstəğni bu problemin həlli üçün bir qrup əfqan rəsmisinin Ərəbistana səfər edəcəyini bildirib.
Qeyd edək ki, Səud rejimi ötən il də 30 yaşdan aşağı olan Əfqanıstan vətəndaşlarına viza verməkdən imtina etmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5182.html