27 May, 2016
Səudiyyəli din xadmi heyvanlarla şəkil çəkdirmək barədə fətva verdi

Səudiyyəli din alimi Şeyx Saleh ibn Favzan əl-Favzan it və pişik kimi heyvanlarla şəkil çəkdirməyin qarşısının alınmasına dair fətva verib.

Ahlibeyt.az-ın Xeberman.com -a istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının ən yüksək dini qurumu olan Din Xadimləri Ali Şurasının üzvü Şeyx Saleh ibn Favzan əl-Favzan it və pişik kimi heyvanlarla şəkil çəkdirməyin İslama zidd qərb adəti olduğunu iddia edərək, bu cür şəkillərin çəkilməsinin qarşısının alınmasına dair fətva verib.

Təşkil etdiyi həftəlik proqramlarda tamaşaçıların suallarını cavablandıran əl-Favzan ona verilən suallardan birinə cavab olaraq heyvanlarla şəkil çəkdirməyin qərb adəti kimi dəbə düşdüyünü bildirərək, "Məcburiyyət olmadıqca heyvanlarla şəkil çəkdirmək günahdır. İstər pişik, istər it, istərsə də qurd və başqaları olsun”, deyə bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5173.html