2 Dekabr, 2011
BƏƏ Pakistan şiələrinə məxsus hüseyniyyəni müvəqqəti olaraq bağlayıb

BƏƏ Pakistan şiələrinə məxsus hüseyniyyəni Məhərrəmliklə əlaqədar olaraq müvəqqəti bağlayıb və pakistanlıların əzadarlıq etmələrinə maneçilik törədib.

Abu Dabidə fəaliyyət göstərən hüseyniyyənin bütün sənədlərinin qaydasında olduğunu bildirən pakistanlılar şəhər rəhbərliyi ilə görüşərək hüseyniyyənin fəaliyyətinin bərpasını istəyiblər.

BƏƏ-dən verilən digər məlumatlara görə, hökümət Məhərrəmliklə əlaqədar olaraq şiələrə məxsus bütün hüseyniyyə və məscidləri ciddi nəarətə götürüb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-517.html