26 May, 2016
Dağıstanda ‘Özünü hicabda gör’ adlı aksiya keçirilib

Dünən Dağıstanın paytaxtı Maxaçkala şəhərində yerli sakinlər və turistlər tərəfindən sevilən görünməmiş aksiya keçirilib.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, tədbirin təşkilatçılarının əsas məqsədi baş geyimlərinin (Hicab) təbliği olub. Hədəf auditoriyası hicab geyinməyən və dünyavi həyat tərzi sürən xanımların özlərini hicabda görməsi və baş örtükləri barədə məlumat almaları olub. Tədbirdə 200-dən çox xanım iştirak edib.

Tədbir iştirakçıları gördükləri mənzərədən pozitiv emosiyalara qapılıblar. Hətta, onlardan bəziləri özlərini hicabda görərək, sevincdən ağlayıblar. Daha sonra, fikirlərini tədbir təşkilatçıları ilə bölüşən xanımlar, hicab barəsində sualları onlara unvanlayıblar.

Xanımlardan bir çoxu əvvəllər özlərini hicabsız düşünsələr də, artıq hicab bağlayacaqlarını və hamının baş geyimlərdən istifadə etməsini istəyiblər.

İştirakçılar arasında elələridə tapılıb ki, elə tədbir zamanı hicaba keçərək, mağaza tərəfindən pay verilən baş örtüyü ilə evlərinə yollanıblar.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5169.html