26 May, 2016
İraqdakı qəbilələr Mosul əməliyyatına hazırlaşır

İraqın Neynəva vilayətinin qəbilə rəsmisi Mozahem Əhməd əl-Hanuyət 15 mindən çox qəbilə üzvünün Mosulun azad edilmə əməliyyatına dəstək verdiyini bildirib.

Ahlibeyt.az-ın Eastnews-a istinadən verdiyi xəbərə görə bu barədə İraq mətbuatı məlumat yayıb.

Mozahem Əhməd əl-Hanuyət İraq hökumətindən qəbilələrdən ibarət olan könüllü qüvvələr yaratmasını istəyib. O, vurğulayıb ki, özlərinin yaratdıqları könüllü qüvvələr rəsmi Bağdaddan tapşırıq gözləyir.

Qeyd edək ki, İraq ordusu və könüllülərdən ibarət hərbi birləşmələr Fəlluca da genişmiqyaslı əməliyyatlara başlayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5167.html