
ABŞ-da şagirdlərə Qurban bayramı münasibəti ilə istirahət veriləcək.
Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,ABŞ-ın Jersi siti və Nyu-Cersi ştatının məktəblilərinə Qurban bayramı münasibəti ilə istirahət verilib. Həmin gün şəhərin bütün məktəbləri bağlı olacaq.
Qeyd etmək lazımdr ki, əvvəllər Qurban bayramını rəsmi olaraq təqvimə Atlantik siti, Patterson və Torento şəhərləri daxil ediblər.