24 May, 2016
Whatsapp vasitəsi ilə Quran müsabiqəsi keçiriləcək

Küveytin Quran mərkəzi müqəddəs Ramazan ayı münasibətilə 16-yaşdan yuxarı gənclər arasında "whatsapp" vasitəsi ilə Quran müsabiqəsi keçirir.

Ahlibeyt.az-ın Maide.Az-a istinadla məlumatına görə, Quran müsabiqəsində Fars körfəzi ölkələrinin nümayəndələri iştirak edə biləcək. Müsabiqədə iştirak etmək istəyən iştirakçılar Bəqərə surəsinin 250, 251, 252-ci ayələrini oxuyaraq,  "whatsapp" nömrəsinə göndərməlidilər. Qiraət olunan ayələrdə həm təcvid, həm də tilavət qaydalarına riayət olunmalıdır. Müsabiqənin qalibi müsiflər heyəti tərəfindən araşdırılıb, elan ediləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5148.html