
Bakıda məsciddən oğurluq edilib - Hadisə Yasamal rayonu Salatın Əsgərova küçəsi 75 ünvanında fəaliyyət göstərən Hacı Sultanəli məscidində qeydə alınıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Yasamal rayonu polis idarəsindən Apa-ya məlumat verilib.
Məscidə ibadətə gələn Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abbaslı Kamran İlkin oğlunun içərisində mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri olan çantası oğurlanıb.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.