
Rusiyanın ən böyük bankı olan Sberbank, bu ilin payızından İslam qaydalarına uyğun bank əməliyyatları həyata keçirməyə başlayacaq.
Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, Sberbank-ın Sədr Müavini Maksim Poletaevin etdiyi açıqlamada bildirilib ki, Sberbank ilk olaraq Tatarıstan ərazisində İslam bankçılıq proqramına başlamağı planlaşdırır.
O qeyd edib ki,bunun üçün mövcud qanunvericiliyə heç bir əlavəyə ehtiyac yoxdur. Bu əməliyyatlar üçün üzərimizə öhdəlik götürüb bu istiqamətdə bir neçə pilot layihə həyata keçirmək lazımdır.
M.Poletayev qeyd edib ki, Sberbank İslam bankçılığını araşdırmaq üçün ekspert qrupunun yaradılması qərarına gəlib və bank bu sahədə ciddi addımlar atacaq.