23 May, 2016
Kişi öz həyat yoldaşına zarafatla “səni boşayıram” desə, bu, talaq sayılırmı?

Bu mövzuda İslam məzhəbləri arasında fikir ayrılığı vardır.

Şiə (Cəfəri) məzhəbinə görə, özünə nəzarəti əldən verəcək dərəcədə qəzəb halında, zarafatla verilən talaq etibarlı deyil. Bu hallarda kişi talaq sözünü dilə gətirsə belə, sayılmaz. Lakin əhli-sünnə məzhəbində zarafat halında da verilən talaq etibarlı sayılır.

Bunun sübutu üçün Peyğəmbərdən belə bir hədis gətirilir: “Üç şeyin ciddisi də ciddidir, zarafatı da ciddidir: nikah, talaq və talaqdan qayıtma”.

Mənbə islam.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5134.html