23 May, 2016
İraq ordusu əl-Falluca şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatına başlayıb

İraqın baş naziri Heydər əl-Əbadi İŞİD terror qruplaşmasının işğalı altında olan əl-Fəlluc şəhərinin azad olunması əməliyyatının başlandığını elan edib.

Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

"Əl-Fəlluca şəhərini azad etməyin vaxtı çatıb", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, əməliyyatda ölkənin silahlı qüvvələrin bütün hərbi bölmələri, o cümlədən hakimiyyətin tərəfində vuruşan  birləşmələr iştirak edir.

Əməliyyata könüllülər də dəstək verir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5131.html