
İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.
Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə,bu haqda Sputnik agentliyi şahidlərə istinadən məlumat yayıb.
Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.
Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.
İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.
Qeyd edək ki,İŞİD terror qruplaşması bir neçə il əvvəl Suriyanın Rakka şəhərini özünün qeyri rəsmi paytaxtı elan edib.