
İraq təhlükəsizlik qüvvələrinin keçirdiyi son əməliyyat tədbirləri nəticəsində Kərbəla əyalətinin müxtəlif məntəqələrində 70 nəfər terrorist həbs olunub.
Kərbəla əyalətinin polis idarəsinin rəisi Osman əl-Ğanimi bildirib ki, həbs olunan terroristlər Aşura günündə terror aktları həyata keçirmək niyyətində olublar. əl-Ğanimi terroristlərlə bərabər çoxlu sayda silah-sursat və partlayıcı maddələr aşkar olunduğunu bildirib.
əl-Ğanimi Aşura mərasimlərində 5 milyon zəvvarın təhlükəsizliyini təmin etmək üçün əlindən gəldiklərini etdiklərini bildirib.