
Suriya qoşunları Dəməşq ətrafındakı Şərqi Quta regionunda silahlı qruplaşmalara qarşı hücum əməliyyatı həyata keçirir.
Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Məlumata əsasən, hökumət qüvvələri aviasiyanın dəstəyi ilə Bəyyad-Şabaa rayonları, Bzeyna və Xoş-əl-Homso yaşayış məntəqələri üzərində nəzarəti bərpa edib.
Bildirilib ki, “Ceyş əl-İslam” birləşməsinin ön müdafiə xəttinin yerləşdiyi Deyr-Asafir şəhəri uğrunda şiddətli döyüşlər gedir.
Dəməşq ətrafındakı cənub-qərb cəbhəsində Suriya HHQ rəqibin Dara və Xan-eş-Şeyxdəki mövqelərinə zərbələr endirir. Orada “ən-Nusra cəbhəsi” terror qruplaşmasının üzvləri qoşunlara qarşı döyüşür.