19 May, 2016
DQİDK sədri: Radikal qrupların qarşısını almaq üçün tədbirlər görülür

Azərbaycanda dini vəziyyət sabitdir və dövlət-din münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunur.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, lakin bəzi regionlarda radikal qruplar özünü büruzə verir: "Bunun da qarşısını almaq üçün həm hüquqi, həm də ideoloji baxımdan tədbirlər görülür, təbliğat işi gücləndirilir. Həm də hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər".

Komitə sədri vurğulayıb ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: "Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5114.html