17 May, 2016
Pentaqon: İŞİD İraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib

İŞİD terror təşkilatı Iraqda nəzarəti altında saxladığı ərazinin 45%-ni itirib.

Ahlibeyt.az-ın Apa-ya  istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.

“İraqda terrorçular nəzarəti altında saxladıqları ərazinin 45%-ni, Suriyada isə təxminən 16-20%-ni itiriblər”, deyə P.Kuk bildirib.

Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraq ərazilərinin 1/3 hissəsini, o cümlədən Mosul şəhərini ələ keçirmişdilər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5092.html