
Əməliyyatda nizami qoşunlar xüsusi təyinatlılar, polis, sərhərdəçilər və hökümət tərəfində döyüşən silahlı qruplaşmala iştirak edəcək.
Ahlibeyt.az-ın İslamAzeri.az-a istinadən xəbər verir ki, İraq ordusu ölkənin qərbində yerləşən Ər-Rutbə şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatın başlamasını elan edib.
Əməliyyatda nizami qoşunlar xüsusi təyinatlılar, polis, sərhərdəçilər və hökümət tərəfində döyüşən silahlı qruplaşmala iştirak edəcək. Həmçinin artilleriya və tanklardan da istifadə ediləcək. Havadan dəstəyi isə İraq HHQ və beynəlxalq koalisiyanın HHQ verəcək.
Xatırladaq ki, Ənbar əyalətinin qərbində yerləşən ər-Rutbə şəhəri 2014-cü ildə İŞİD terror təşkilatı tərəfindən işğal edilib .