14 May, 2016
Tələbələrimiz Türkiyədə keçirilən festivalın ziyarətçilərini Azərbaycan həqiqətləri barədə məlumatlandırıblar

Türkiyənin Balıkəsir bölgəsindəki 17 Eylül Universitetində keçirilən Mədəniyyət və İdman Festivalında Azərbaycan klubu da iştirak edir.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, bu universitetdə təhsil alan azərbaycanlı tələbələr təhsil ocağının təşkil etdiyi bu mədəniyyət və idman bayramına ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələrini əks etdirən plakatlar, jurnallar və təbliğat materialları nümayiş olunan böyük stendlə qatılıblar. Azərbaycan stendinin ziyarətçiləri ilə söhbətlərdə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açılıb. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları da təqdim olunub. Azərbaycan klubunun nümayəndələrinin milli geyimdə rəqs nömrələri festival iştirakçılarında xoş ovqat yaradıb. Gənclərimiz festival çərçivəsində keçirilən futbol və şahmat yarışmalarında da fəal iştirak ediblər.

Universitetin rektoru, professor Süleyman Özdəmir azərbaycanlı gənclərin fəallığını xüsusi qeyd edib, onlara təşəkkürünü bildirib, türk xalqlarının birliyinin hazırkı vaxtda əhəmiyyətindən danışıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5074.html