
Misirin ən böyük sufi təriqətlərindən olan "Əzmiyyə" təriqətinin başçısı Şeyx Əla`a Mazi Əbu əl-Əzaim vahhabilərin Misirdə aktivləşməsin və qüdrət əldə etmələri barədə xəbərdarlıq edərək bildirib ki, əgər vahhabilər bu ölkədə qüdrət tapsalar ölkəni cahiliyyət dövrünə sürükləyəcəklər.
Vahhabilərin özlərindən başqa heç kimi qəbul etmədiklərini və təkfir etdiklərini bildirən əl-Əzaim deyib ki, onların iqtidara keçməsinin nəticəsi bu olacaq ki, ölkəni 5 min il əvvələ qaytaracaqlar.