29 Noyabr, 2011
Hizbullah Ərəb Liqasını tənqid edən bəyanat yayıb

Livanın Hizbullah təşkilatı Ərəb Liqasının Suriyaya qarşı qəbul etdiyi sanksiyaları tənqid edən bəyanat yayıb.

Bəyanatda deyilir ki, əvvəla bu sanksiyalar Ərəb Liqasının öz nizamnaməəsinə zidd olan bir qərardır. Daha sonra bu qərardan bütün Suriya xalqının əziyyət çəkəcəyini vurğulanan bəyanatda həmin xalqın terroristlər tərəfindən öldürüldüyü və əziyyət çəkdiyi halda onlara Ərəb Liqası tərəfindən əlavə əziyyətlər yaradıldığı bildirilir.

Hizbullah təşkilatı bu sanksiyaların ABŞ məntəqədə milli maraqlarına uyğun olduğunu bildirərək Ərəb Liqasını ABŞ-ın əl oyuncağı adlandırıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-505.html