8 May, 2016
Şuşanın işğalının ildönümü ilə əlaqədar Təbriz Universitetində konfrans keçirilib

Təbriz Universitetində Şuşanın işğalının ildönümünə həsr edilmiş "Qarabağ və İslam torpağı" adı ilə elmi-praktiki konfrans keçirilib.

 

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfransda İran və Azərbaycandan bir sıra ictimai-siyasi xadimlər, elm nümayəndələri, o cümlədən Azərbaycan Milli Məclisinin üzvü Tahir Kərimli iştirak edib.

 

Konfransda Təbriz Universitetinin rektoru Məhəmmədrza  Purməhəmmədi də çıxış edib. Rektor Qarabağın Azərbaycan torpağı olduğunu deyib: “Biz ali dini liderimizin sözlərini rəhbər tutaraq din qardaşlarımıza yardım etməliyik”.

 

Konfransda, həmçinin Qarabağ şəhidləri haqqında kitabın təqdimatı olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5034.html