28 Noyabr, 2011
Pakistanda İmam Hüseyn(ə) əzadarları şəhid edilib

Pakistanın Karaçi şəhərindəki "Nümaiş" adlı dordyolda yerləşən "Əli Rza" hüseyniyyəsində əzadarlıqla məşğul olan şiələr təkfirçi qüvvələrin hücumlarına məruz qalıblar.

Bildirilir ki, hücum nəticəsində üç nəfər şəhid olmuş, bir nəfər isə yaralanmışdır.

Baş verən hadisədən sonra küçələrə axışan şiələr şəhər rəhbərliyindən bu terroru törədənlərin həbs edilməsini istəyiblər. Şəhər rəhbərliyinin cavabı isə gözlənilməz olub. Beləki, onların göstərişi ilə polis şiələrə hücum edərək 16 nəfəri həbs edib. Bu hadisələri işıqlandıran yeganı televiziya kanalı "Sima" kanalı isə təhlükəsizlik orqanlarının qərarı ilə yayımını dayandırıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-503.html