28 Noyabr, 2011
Terroristlərin Kazımeyn hərəmlərini partlatmaq planı aşkar olunub

İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Həkim əl-Zamili bildirib ki, terroristlər ABŞ ordusu İraqı tərk etmə ərəfəsində Kazımeyn hərəmlərini partlatmaq istəyirlər.

Onun sözlərinə görə terrorçular bununla necə ki, fitnəkarlar Əskəriyyə məqbərəsinin partladılması ilə məzhəb qarşıdurması yaratmaq istəyirdilər, eynilə də Kazımeyni partlatmaqla İraqda məzhəb qarşıdurmasının baş verməsini istəyirlər. Konkret hansı terrorçu qruplaşmanın bu planı həyata keçirmək istəyində olduğunu qeyd etməyən parlamentari İraq dövlətindən istəyib ki, ABŞ ordusunun İraqı tərk etmə ərəfəsində və daha sonra Kazımeyndə və ətrafında təhlükəsizlik tədbirlərini gücləndirsinlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-502.html